2025-26 mövsümü üçün hazırlıqlara iyulun 5-də Qəbələdə start verəcək "Şamaxı"nın daha bir rəqibi bəlli olub.
Offsideplus.az xəbər verir ki, Ayxan Abbasovun komandası təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununda “Kəpəz” ilə qarşılaşacaq. Qarşılaşma iyulun 26-sı Qəbələ şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, "Şamaxı" iyulun 14-də "Qəbələ", iyulun 21-də "Karvan" ilə üz-üzə gələcək.