AZ

İran MAQATE ilə əməkdaşlığı dayandırır

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığın siyasiləşmiş mövqeyinə görə müvəqqəti dayandırılması ilə bağlı qanun layihəsini təsdiq etmək niyyətindədir.

Editor.az bildirir ki, bu barədə İranın qanunverici orqanının sədri Məhəmməd Baqir Qalibaf deyib: “Biz parlamentdə İranın MAQATE ilə əməkdaşlığını bu beynəlxalq təşkilatın peşəkar davranışına obyektiv təminat alana qədər dayandıran qanun layihəsini qəbul etməyi planlaşdırırıq”, – Məhəmməd Bağer Qalibaf deyib. O, MAQATE-nin heç bir öhdəliyini yerinə yetirmədiyini və siyasi alətə çevrildiyini vurğulayıb.

Xatırladaq ki, ötən gecə ABŞ Hərbi Hava Qüvvələri İrandakı nüvə obyektlərinə hücum edib. Bununla əlaqədar olaraq, MAQATE rəhbəri Rafael Qrossi bu gün üçün Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlı İdarə Heyətinin fövqəladə iclasını çağırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr