AZ

İran və Rusiya müdafiə nazirləri telefonla danışdı

İranın müdafiə naziri Əmir Hətəmi rusiyalı həmkarı Andrey Belousovla telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb.

Hətəmi Belousova bildirib ki, Tehran İran ərazisinə zərbələr endirənləri bütün vasitələrlə cəzalandırmağa qərar verib.

O, Rusiyaya dəstəyinə görə təşəkkür edib və bildirib ki, İran təkcə İsrailə qarşı deyil, həm də ABŞ və bu rejimin bütün tərəfdarlarına qarşı mübarizə aparır.

Seçilən
3
publika.az

1Mənbələr