"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Çelye”yə (Sloveniya) qarşı ev matçına biletlər satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın Avropa Liqasının cari mövsümündə ilk oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.
Qarşıdakı günlərdə “Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanacaq.
Qeyd edək ki, “Sabah” – “Çelye” matçı iyulun 10-da saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.