ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhurlar dünyasında boşanma xəbərləri artıq adi hala çevrilib. Evliliklər qısaömürlü olur, xəyanət iddiaları ard-arda gəlir. Lakin görünür, bu dəfə vəziyyət daha da qeyri-adi hal alıb.
Qaynarinfo xəbər verir ki, 2017-ci ildə Beverli Hillsdə möhtəşəm bir mərasimlə ailə quran tanınmış amerikalı iş xanımı və "Shahs of Sunset” televiziya layihəsilə məşhurlaşan Lilli Qalixi ilə onun həyat yoldaşı Dara Mir səkkiz il ərzində dördüncü dəfə boşanma astanasına gəliblər.
Görünən odur ki, bu dəfə məsələ daha ciddidir. Lilli Qalixi həyat yoldaşına qarşı yenidən boşanma iddiası qaldırıb.
Qalixi və Mir 2016-cı ildə münasibətə başlayıblar və bir il sonra evləniblər. Lakin 2019-cu ildə Lilli ilk boşanma iddiası ilə məhkəməyə müraciət edib. 2020-ci ildə bu proses dayandırılıb və cütlük barışıb. Ardınca daha iki dəfə boşanmaq üçün məhkəməyə müraciət olunub. İndi isə onlar dördüncü dəfə ayrılmaq niyyətindədirlər.
Cütlüyün iki qızı - Alara və Kaşton - var. Məlumata görə, hər iki tərəf uşaqların birgə qəyyumluğu üçün müraciət etməyi planlaşdırır.
Qeyd edək ki, münasibətləri başlayanda Lilli Qalixi həyat yoldaşını "gerçək bir insan" adlandırır və ona yüksək təriflər yağdırırdı. Lakin dəbdəbəli toy onların münasibətini qorumağa kifayət etmədi və ailə həyatı gözlənilən kimi davam etmədi.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.