AZ

“Üç raket hədəfə dəyib”

İran ABŞ-ın Qətərdəki hava bazasına hücumunun “ABŞ və müttəfiqlərinə İranın heç bir şəraitdə ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı hər hansı hücumu cavabsız qoymayacağına dair açıq mesaj olduğunu”, – açıqlayıb.

Silahlı Qüvvələrin mətbuat katibinin İran dövlət televiziyasında yayımlanan bəyanatında deyilir: "Hücum Ağ Evə və onun müttəfiqlərinə açıq və birmənalı mesajdır. İran Uca Allaha və İranın sədaqətli xalqına arxalanaraq, heç bir şəraitdə öz ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir hücumu cavabsız qoymayacaq".

İran ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna cavab olaraq Qətərdəki Əl-Udeyd aviabazasına raket hücumu təşkil etdiyini açıqlamışdı.

***

Bildirilib ki, İran ABŞ-ın Qətərdəki Əl-Udeyd bazasına atdığı raketlərdən 3-nü vurub. İran dövlət televiziyası bəzi raketlərin Qətərdəki ABŞ bazasını vurduğunu bildirib.

Xəbərdə “İndiyədək Əl-Udeyd bazasına 3 raket düşüb” deyilir.

İran Silahlı Qüvvələri ABŞ-ın Qətərdəki Əl-Udeyd bazasına cavab zərbəsi endirib və ABŞ-ın nüvə obyektlərinə atdığı qədər raket atdıqlarını açıqlayıb.

Seçilən
1
vaxt.az

1Mənbələr