AZ

“Bavariya” və “Çelsi” bu futbolçu üçün yarışa girdi

Dortmund “Borussiya”sının hücumçusu Ceymi Bayno-Qittens yenidən “Bavariya”nın diqqət mərkəzinə düşüb.

90deqiqe.Az-ın "Bild"ə istinadən yaydığı məlumata görə, 20 yaşlı futbolçu ilə bağlı keçid məsələsi bir il öncə də gündəmdə olsa da, konkret razılıq əldə edilməyib. Lakin indi “Bavariya” yenidən ingilis futbolçuya yönəlib və klub rəsmiləri gənc ulduzun agenti ilə əlaqə qurublar.

Hazırda Ceymi Bayno-Qittensin ən real transfer potensialı “Çelsi” hesab olunur.

Transfermarkt portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 50 milyon avrodur. Cari mövsümdə Bayno-Qittens 49 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

 

Seçilən
2
90deqiqe.az

1Mənbələr