AZ

Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır?VİDEO

Avtomobilləri dayanacaq ərazisində park etmədikləri halda 40 manat cərimə olunurlar.

Belə bir iddia ilə paytaxtın Sabunçu rayon sakinləri "Xəzər Xəbər"ə müraciət ediblər.

Onlar bildirirlər ki, Yavər Əliyev 25/95 ünvanında "ictimai nəqliyyatın dayanacaq yeri" yol nişanı var. Qanunvericiliyə görə digər nəqliyyat vasitələri bu nişandan ən azı 15 metr məsafədə dayana və ya dura bilərlər. Lakin, onlar avtomobilləri 15 metrdən də xeyli çox məsafədə park etmələrinə baxmayaraq cərimə yazılır.

Onlar bildirirlər ki, ərazidə maşınların avtobus dayanacağından kənarda saxlanması üçün xüsusi nişanlama xətti də çəkiblər. 

Sürücülər onu da bildirirlər ki, cərimə edilən yerlə protokolda qeyd olunan fərqlidir. Onlar bununla bağlı aidiyyəti quruma müraciət etsələr də, problem aradan qaldırılmır. 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
16
1
xezerxeber.az

2Mənbələr