AZ

"Ter Ştegen “Mançester Siti”nin qapıçısı ola bilər"

Məşhur sabiq futbolçu Lotar Matteus qapıçı Mark-Andre ter Ştegen barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sport Germany"  sabiq futbolçunun atasının dediklərini belə çatdırıb.

“Növbəti mövsümdə Çempionlar Liqasında İngiltərədən altı komanda iştirak edəcək və onların heç birində ‘Ter Ştegen bizi gücləndirməyəcək’ deyəcək qədər güclü qapıçı yoxdur. ‘Mançester Siti’nin planlarını bilmirəm, amma düşünürəm ki, onlar Edersondan tam razı deyillər. Məncə, Ter Ştegen növbəti üç-dörd mövsüm üçün ‘Siti’nin qapıçısı ola bilər”.

Qeyd edək ki, Mark-Andre ter Stegen 33 yaşındadır və onun “Barselona” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər davam edir.

Seçilən
9
90deqiqe.az

1Mənbələr