AZ

Vuçiçdən sərt qərar: Silah ixracı tamamilə dayandırıldı

Axar.az saytına istinadən ain.az xəbər verir.

Serbiyadan silah-sursat ixracı tamamilə dayandırılıb.

Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının geniş iclasında bildirib.

O qeyd edib ki, hazırda istehsal olunan silah-sursat kazarmalara və ehtiyat anbarlara yığılır. Prezident yeni doktrinaya görə, Serbiya ordusunun müqayisə edilməyəcək dərəcədə güclü olacağını bildirib:

“Rəqəmsal hərbi platformanın formalaşdırılması ilə bağlı qərar qəbul edilib. Bu proqramın həyata keçirilməsi 4-5 il çəkəcək. Ordunun modernləşdirilməsi baxımından ötən 10 ildə, xüsusən də son bir ildə çox iş görülüb. Bizim tezliklə güclü pilotsuz uçuş aparatlarımız olacaq”.

Aleksandar Vuçiç sentyabrın 19-da və ya 20-də Serbiya ordusunun paradının təşkil ediləcəyini deyib. Bildirib ki, parada azı 10 min əsgər qatılacaq və bu, ölkə tarixində ən böyük parad olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
4
axar.az

5Mənbələr