Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ölkəmizi avrokuboklarda təmsil edəcək klubların rəqibləri məlumdu. Belə ki, “Qarabağ” “Şelburn“ – “Linfild” duelindən kimin qalib ayrılacağını gözləyir, “Sabah” “Selye”, “Zirə” “Hayduk”, “Araz-Naxçıvan” isə “Aris” ilə qarşılaşacaq. Təmsilçilərimizin şansları ilə bağlı jurnalistlərdən Kənan Məstəliyevin fikrini öyrəndik.
“Qarabağ”ın 2-ci təsnifat mərhələsindən başlaması birbaşa üstünlükdü. Rəqiblərin ikisi də münasibdi. “Linfild”lə bir dəfə qarşılaşmışıq, keçmişik. “Qarabağ”ı favorit saya bilərik. Təcrübəlidi, yeni transferlər gəlməyə başlayır. Təlim-məşq toplanışından sonra rəqib qarşısına hazır çıxacaqlar. Ən çətin rəqib “Selye”di. Komanda ötən il Konfrans Liqasında 1/4 finala qədər irəliləyib, çox iddialıdı. Komandanın baş məşqçisi Riera müsahibəsində daha iddialı olduqlarını, Avropa Liqasında da uğur qazanmaq istədiklərini deyib. İntensiv futbola üstünlük verirlər. “Sabah” baş məşqçisini elan etdi. Çox yaxşı mütəxəssisdi, bəyənirəm. Bir neçə transfer edib mübarizə aparmaq olar. Şansımız yox dərəcəsində deyil. “Hayduk” da çox güclüdü. Qattuzonun rəhbərliyi altında komanda çempionluğu iki xalla əldən verdi. Livaya ilə Rakitiçin adını çəkmək kifayət edir. Bu futbolçuların yaşı çox olsa da, hələ də oyunun taleyini həll edə biləcək gücdədilər. “Zirə”nin şansı azdı, püşk baxımından bəxtinin gətirmədiyini düşünürəm. Şans var, amma çətin olacaq. “Araz-Naxçıvan” transfer baxımdan intensivliyi ilə fərqlənir. Yunanıstan klubları güclü olsalar da, “Araz-Naxçıvan”ın turu keçmək şansı az deyil. Bu komanda Elmar Baxşıyevin rəhbərliyi altında yaxşı oyun göstərir. Heyət də qorunub, yeni futbolçular da cəlb olunub. Yaxşı təlim-məşq toplanışı olacağı təqdirdə Naxçıvan təmsilçisinin “Aris”i keçəcəyini düşünürəm”.
MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.