AZ

Times: Ukrayna Sapsan ballistik raketinin kütləvi istehsalına başlayıb


Ukrayna "Sapsan" qısa mənzilli ballistik raketinin kütləvi istehsalına başlayıb. Bu barədə “The Times” qəzeti yazır.

Jurnalistlər bildirirlər ki, yeni raketin uçuş məsafəsi 498,9 km ola bilər. Sapsan döyüş başlığının çəkisi 480 kq-dır.

Mayın əvvəlində Vladimir Zelenski Ukrayna hərbi-sənaye kompleksinə yerli ballistik raketlərin yaradılmasını mümkün qədər sürətləndirməyi tapşırdığını bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahları “Ukraynanın təhlükəsizliyinə təminat” verməlidir.

Radanın Müdafiə Komitəsinin katibi Roman Kostenkonun iddia etdiyi kimi, Kiyev hələ də Moskvaya zərbə endirməyə imkan verən uzaq mənzilli silahlara malikdir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
17
50
aia.az

10Mənbələr