16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində ilk oyunlarını keçirib.

Offsideplus.az xəbər verir ki, U-16 seçməmiz turnirdə ilk görüşünü Qazaxıstanın "Aul Sport" klubuna qarşı keçirib və 72:32 hesablı qələbə qazanıb.

Qızlarımız ikinci oyununda isə digər Qazaxıstan təmsilçisi "Barsy Atrau" klubu ilə qarşılaşıb və 78:43 hesabı ilə rəqibinə qalib gəlib. 

Qeyd edək ki, yığmamızın növbəti oyunları 24 iyunda baş tutacaq.