İran Qətərdəki ABŞ-nin Əl-Udeyd aviabazasına qarşı əməliyyata başlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Dövlət Yayım Şirkəti məlumat yayıb.
Axiosa-a görə, İran Qətərdəki ABŞ hərbi bazalarına 6 raket atıb.
Daha əvvəl ABŞ kəşfiyyatı İranın Qətərdəki ABŞ-nin Əl Udeid aviabazasına mümkün zərbəsi barədə xəbərdarlıq edib. Bu barədə Fox News məlumat yayıb.
Qeyd olunurdu ki, İranın Əl Udeid aviabazasına qarşı orta və qısa mənzilli qanadlı və ballistik raketlərdən və ya dəstə-dronlardan istifadə edəcəyi ilə bağlı narahatlıqlar var.