Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İranın mümkün cavab hücumları fonunda Qətər öz hava məkanını müvəqqəti olaraq bağladığını elan edib. Qərar regional gərginliyin artması və təhlükəsizlik narahatlıqları ilə əlaqədar verilib.
Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, bu addım Böyük Britaniya və ABŞ-ın Qətərdəki vətəndaşlarına verdiyi xəbərdarlıqlardan sonra atılıb. Hər iki ölkə öz vətəndaşlarına təhlükəsiz sığınacaqlarda qalmağı və əlavə təlimatlara qədər ərazidən çıxmamağı tövsiyə edib.
Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və hava nəqliyyatında ciddi məhdudiyyətlər tətbiq olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.