AZ

Qətər hava məkanını bağlayıb

Qətər hakimiyyəti ölkənin hava məkanını müvəqqəti bağlayır.

Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qətərin səlahiyyətli orqanları ölkənin hava məkanında hava hərəkətinin müvəqqəti dayandırıldığını elan edir", - agentliyin X sosial şəbəkəsində (keçmiş Twitter) bəyanatında deyilir.

Bildirilir ki, tədbirlər ölkə vətəndaşlarının və dövlətin qonaqlarının təhlükəsizliyi üçün həyata keçirilir.

Seçilən
3
aznews.az

1Mənbələr