İran-İsrail münaqişəsinin qızışdığı vaxtdan bəri İranın İsrail ərazisinə endirdiyi zərbələr nəticəsində 25 nəfər ölüb, 1300-dən çox vətəndaş yaralanıb.
Bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
"Ölənlər: 25 nəfər ölüb. 1361 nəfər yaralanıb", o, Teleqram kanalında yazıb.
O, 14 nəfərin vəziyyətinin ağır, daha 55 nəfərin isə orta ağır olduğunu bildirib. Yerdə qalan 1292 yerli sakin yüngül xəsarətlər alıb.