AZ

Klaudio Eçeverri “Mançester Siti”də ilk qolunu vurub

“Mançester Siti”nin gənc yarımmüdafiəçisi Klaudio Eçeverri klublararası dünya çempionatında “Əl-Əyn”ə qarşı keçirilən görüşdə komandadakı ilk qolunu vurub.

90deqiqe.Az xəbər verir ki, 19 yaşlı futbolçu 27-ci dəqiqədə cərimə zərbəsindən dəqiq zərbə ilə fərqlənərək hesabı 2:0-a çatdırıb. Bu, Eçeverrinin “şəhərlilər”in heyətində üçüncü oyunu olsa da, start heyətində meydana çıxdığı ilk qarşılaşma olub.

Fasilədə baş məşqçi Xosep Qvardiola argentinalını Fil Fodenlə əvəzləyib.

Xatırladaq ki, Eçeverri 2024-cü ilin əvvəlində Argentina “River Pleyt”indən 18,5 milyon avroya transfer olunub. Onun “Mançester Siti” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

 

 

Seçilən
7
90deqiqe.az

1Mənbələr