Bakıda keçirilmiş UFC turniri ən gec başa çatan yarışlarından biri qismində tarixə düşüb.
Fanat.Az "MMA Junkie"yə istinadən xəbər verir ki, turnir 2 saat 53 dəqiqə 52 saniyə davam edib.
12 döyüşün baş tutduğu yarış UFC tarixində ən uzun 11-ci turnirdir. Bu, həm də 12 döyüşün yer aldığı yarışlar arasında ən uzun davam edəni olub. Qarşılaşmaların 10-da qalib hakimlərin qərarına görə müəyyənləşib.
Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbaya yenilib.
Xatırladaq ki, gecənin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib və Rountrinin qələbəsi ilə yekunlaşıb.