AZ

Rusiya çempionu 28 yaşlı braziliyalını alır - MƏBLƏĞ

Rusiya Premyer Liqasının son qalibi "Krasnodar" Fransadan futbolçu alır.

Fanat.Az "Çempionat" saytına istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi "Nant"ın braziliyalı yarımmüdafiəçisi Duqlas Auqustonu rənglərinə bağlamağa yaxındır.

Bu keçidin "buğalar"a təxminən 6 milyon avroya başa gələcəyi açıqlanıb.

28 yaşlı Auqusto 2023-cü ildən "Nant"ın formasını geyinir. Ötən mövsüm bütün turnirlərdə 30 matça çıxan orta xətt oyunçusu 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Xatırladaq ki, "Krasnodar"ı "Sabah"ın sabiq baş məşqçisi Murad Musayev çalışdırır.

Nihat
 

Seçilən
9
1
fanat.az

2Mənbələr