"Liverpul" müdafiəçi İbrahima Konatenin 2025-ci ilin yayında azad agent kimi klubu tərk etməsinin qarşısını almağa çalışır.
90deqiqe.Az-ın "The Guardian"a istinadən yaydığı məlumata görə, Mersisayd təmsilçisi 26 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq niyyətindədir. Lakin tərəflər arasında aparılan danışıqlar çətin mərhələyə daxil olub.
Bildirilib ki, Konate klubun maaş strukturundan narazıdır. Belə ki, "Liverpul" daha çox bonuslara əsaslanan müqavilə təklif edib. Fransalı müdafiəçi isə daha yüksək və sabit maaş almaqda israrlıdır.
Mövcud vəziyyət "Liverpul" rəhbərliyini seçim qarşısında qoyur: ya Konate ilə razılıq əldə olunacaq, ya da futbolçu bu yay transfer pəncərəsində satışa çıxarılacaq. Əks halda, klub növbəti mövsümün sonunda oyunçunu heç bir təzminat almadan itirə bilər.