“Crocus City Hall”da terror aktında ittiham olunanlardan bəziləri Dağıstanın Kaspiysk şəhərindəki əyləncə kompleksini partlatmağı planlaşdırıblar.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
“Bir sıra təqsirləndirilən şəxslər Dağıstan Respublikasının Kaspiysk şəhərində əyləncə kompleksini partlatmağı planlaşdırıblar, lakin bu cinayətin qarşısı alınıb”, – deyə o bildirib.