İordaniyanın paytaxtı Əmmanın qərb rayonlarından birində pilotsuz təyyarə (PUA) qəzaya uğrayıb.
Moderator.az xəbər verir ki, bu barədə “Petra” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, PUA bir çox hotelin cəmləşdiyi Umm-Uzein bölgəsinə düşüb. Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qəzaya uğrayan PUA-nın hansı ölkəyə məxsus olduğu hələlik məlum deyil.