AZ

"Kristal Pelas" səhmdar dəyişikliyi ilə Avropa Liqasına yol açdı

İngiltərənin "Kristal Pelas" klubu mühüm səhmdar dəyişikliyi ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytı istinadən məlumat verir ki, amerikalı iş adamı Robert Vud Conson klubun səhmdarlarından biri olan "Eagle Football" holdinqindəki payı almaq üçün hüquqi baxımdan məcburi olan müqaviləyə imza atıb.

Sözügedən razılaşmanın yekun təsdiqi İngiltərə Premyer Liqasının təsdiqindən sonra baş tutacaq.

Bununla yanaşı, "Kristal Pelas" klubu son dörd il ərzində göstərdiyi fəaliyyətə görə hazırkı səhmdar Con Tekstora təşəkkürünü bildirib. Qeyd edək ki, məhz Con Tekstorun eyni zamanda "Lion" klubuna da sahib olması UEFA turnirlərində iştirakla bağlı problemlər yaratmışdı. Hər iki klub Avropa Liqasına vəsiqə qazansa da, eyni sahiblik səbəbindən bu məsələ sual altında idi.

Xatırladaq ki, Tekstor eyni zamanda Fransanın "Lion" klubunun da sahibidir. Bu vəziyyət UEFA turnirlərində iştirakla bağlı ziddiyyət yaradaraq, "Kristal Pelas"ın Avropa Liqasında oynamasına mane ola bilərdi. Lakin səhmdar dəyişikliyi ilə bu problem aradan qalxıb və hər iki komanda turnirdə iştirak hüququ qazanıb.

Seçilən
11
90deqiqe.az

1Mənbələr