Yaxın keçmişin məşhur futbolçusu Raul Qonsales İspaniyanın 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi ola bilər.

Offsideplus.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının rəhbərliyi ilə Raul arasında danışıqlar başlayıb.

Yığmanın indiki baş məşqçisi Santi Deniya Avropa çempionatındakı uğursuzluğa görə istefaya göndərilib. Onun komandası qitə birinciliyinin 1/4 finalında İngiltərəyə 1:3 hesabı ilə uduzub. O, Qətərin "Əl-Şahaniya" klubu ilə müqavilə bağlamağa hazırlaşır.

Raul isə ötən "Real Madrid"in farm-klubu sayılan "Kastilya"dan ayrılıb. O, vaxtilə əvəzolunmaz oyunçusu olduğu "Kral klubu"ndan təklif gözləyirdi. Lakin Xabi Alonsonun təyinatından sonra Raul "Kastilya"dakı 6 illik fəaliyyətinə sln verərək "Real Madrid" rəhbərliyi ilə vidalaşıb.