ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkənin tanıdılmasına töhfə verən influenserlərə 10 illik "Golden Visa" - yəni "qızıl vizа" təqdim edir.
Qaynarinfo xəbər verir ki, bu imtiyaz daha əvvəl olduğu kimi, xarici investorlara da şamil edilir və məqsəd ölkənin beynəlxalq ictimaiyyət qarşısında imicini gücləndirməkdir.
BƏƏ hökumətinin 2 milyon dirhəmdən çox investisiya qoyan xarici sərmayəçilərə, akademiklərə və incəsənət nümayəndələrinə verdiyi bu uzunmüddətli yaşayış icazəsi artıq məzmun istehsalçılarını da əhatə edir.
Bu çərçivədə üç ildir Dubayla bağlı səyahət məzmunları hazırlayan türk influenserlər Sema Demir Toktaş və 10 ildən artıqdır Dubayda yaşayan, iki dəfə "Dubayın ən yaxşı influenseri" mükafatına layiq görülən Umut İlkaya "qızıl vizа" almaq hüququ qazanıblar.
Dubayın turistik və mədəni tərəflərini tanıdan Toktaş dövlət səviyyəsində rəsmən "ölkəyə rəqəmsal töhfə verən şəxs" kimi tanınıb.
Sosial həyat, qastronomiya və şəhər mədəniyyəti mövzularında yaratdığı məzmunlarla tanınan Umut İlkaya isə xəbəri şəxsi sosial media hesabında "Xəyallarınızın dövlət siyasəti ilə mükafatlandırıldığı bir yerdəyəm" sözləri ilə bölüşüb.
"Qızıl vizа" sahibləri 10 il ərzində sponsor tələb olunmadan ölkədə yaşamaq və işləmək hüququ əldə edirlər.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.