AZ

“Qalatasaray”dan ayrılan futbolçu karyerasını bitirdi

“Qalatasaray” komandasından ayrılan Dris Mertens karyerasını bitirib.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı ulduz futbolçu bu barədə açıqlama verib. O, iyulun 3-də özü üçün vida matçı təşkil ediləcəyini açıqlayıb.

Mertens karyerası ərzində Niderlandın PSV və İtaliyanın “Napoli” kimi tanınmış klublarında da çıxış edib. Yarımmüdafiəçi Belçika millisinin heyətində 109 oyuna 21 qolla yadda qalıb.

Seçilən
13
9
idmanxeber.az

10Mənbələr