"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde Klublararası Dünya Çempionatında Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası ilə oyunda qaçırdığı penalti epizodunu xatırlayıb.
90deqiqe.Az xəbər verir ki, "Marca" nəşri uruqvaylı futbolçunun dediklərini belə çatdırıb.
"Komandaya qələbə qazandıra biləcəyinizi bilə-bilə yuxuya getmək çətindir. Komanda yoldaşlarımın zəhmətini boşa verdiyim üçün özümü tənqid etdim. Amma əminəm ki, gələcəkdə penalti olsa, komanda mənə yenə güvənəcək."
Qeyd edək ki, "Əl-Hilal"la qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Turnirin ikinci turunda isə "Real Madrid" meksikalı "Paçuka"ya qarşı 3:1 hesablı qələbə qazanıb. Bu görüşdə "Los Blancos"un qollarından biri də məhz Valverdenin adına yazılıb.