AZ

Lebron bu klubun azarkeşlərinə “ilişdi”

40 yaşlı amerikalı ulduz basketbolçu və dördqat NBA çempionu, “Los Angeles Lakers”in hücumçusu Lebron Ceyms “Fanatics Fest 2025”də “Mind The Game” podkastının çəkilişi zamanı “Nyu-York Niks” azarkeşlərinə “ilişib”.

Publika.az xəbər verir ki, “Fadeaway World” nəşri Lebrondan sitat gətirib: “Niks”in pərəstişkarları, yaxşısınız? Gələn il finala gedirsiniz? Baxacağıq ( gülür )”.

2024/2025 mövsümünün Şərq Konfransı finalında “Nyu-York Niks” “İndiana Pacers”lə qarşılaşıb və 2-4 hesabı ilə məğlub olub.

Seçilən
5
publika.az

1Mənbələr