AZ

Serbiya silah satışını dayandırıb

Serbiya hakimiyyəti xaricə döyüş sursatı satışını dayandırıb.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə prezident Aleksandr Vuçiç bildirib.

Qeyd olunur ki, indi ixrac üçün xüsusi qərar tələb olunur.

"Artıq elə bir şey yoxdur ki, iki nazir razılaşsın və məhsullar adi və normal şəkildə göndərilsin. İndi hər şey dayandırılıb və Serbiyanın maraqlarına uyğun olaraq bundan sonra necə olacağını görəcəyik", - Vuçiç bildirib.

May ayında Rusiya kəşfiyyatı açıq şəkildə bəyan etmişdi ki, Rusiyaya dost ölkə olan Serbiyanın neytrallığını elan etməsinə baxmayaraq, Ukraynanı sursatla təmin edir. Bildirilib ki, Serbiya şirkətləri yükün alıcısı və təyinatı haqqında məlumatları gizlətmək üçün saxta sənədlərdən istifadə ediblər. Kəşfiyyat xidməti belə hərəkətləri "arxadan vurulan güllə" adlandırıb.

Vuçiç ittihamlara cavab olaraq bildirib ki, silahların Ukraynaya mümkün çatdırılması ilə bağlı şübhələr yaranarsa, silah ixracına dair istənilən müqavilələr dayandırılacaq.
Seçilən
8
sherg.az

1Mənbələr