AZ

Aloe Elmlər dən kosmetik vasitələr oğurladı Bir il sonra üstü açıldı

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

"Buta Farm" MMC-nin lisenziyası ilə fəaliyyət göstərən "Aloe Elmlər" aptekindən oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, hadisəni 1984-cü ildə Bakı şəhərində doğulmuş B.H.-nın törədilməsi məlum olub. 

Belə ki, həbsdən azad edilən B.H. 2024-cü ildə müxtəlif vaxtlarda ümumilikdə beş dəfə olmaqla "Aloe Elmlər" aptekdə "Christian breton" firmasına məxsus 33 ədəd kosmetik vasitə oğurlayıb. O, ümumilikdə şirkətə 5382,40 manat maddi ziyan vurub. Oğurluğun üstü isə 2025-ci ilin fevral ayında açılıb. 

Aptekdə aparılan yoxlama zamanı "Christian breton" firmasına məxsus 33 ədəd kosmetik vasitələrin olmadığı məlum olub. 2024-cü il üzrə kamera görüntülərinə baxış zamanı həmin məhsulların təqsirləndirilən şəxs tərəfindən oğurlandığı məlum olub. 

Məhkəmənin qərarı ilə B.H Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Əhməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
qaynarinfo.az

1Mənbələr