AZ

Bu çox vacib məsələdir, lakin sizinlə paylaşa bilmərəm – baş nazir Binyamin Netanyahu

CNN-in İranın 400 kq zənginləşdirilmiş uranının harada olduğu ilə bağlı sualına baş nazir Binyamin Netanyahu deyib ki, İsrailin bununla bağlı “maraqlı məlumatı” var: “Biz bunu çox diqqətlə izləyirik.

Deyə bilərəm ki, bu, nüvə proqramının vacib komponentidir, lakin yeganə komponent deyil. Bu barədə maraqlı məlumatımız var, lakin sizinlə paylaşa bilmədiyimiz üçün üzr istəyirəm”, – deyə kanal onun sözlərini sitat gətirir.
Baş nazirin sözlərinə görə, ABŞ İranın nüvə obyektlərinə hava zərbələri endirməzdən əvvəl İsrailə heç bir şərt irəli sürməyib, o cümlədən Qəzza zolağında müharibəni dayandırmaq haqqında.

Prezident Donald Tramp onu gözlənilən partlayışla bağlı əvvəlcədən xəbərdar edib: “Bu təbiidir. O, bizim nə vaxt hərəkətə keçəcəyimizi əvvəlcədən bildiyi kimi, biz də onun nə vaxt hərəkətə keçəcəyini əvvəlcədən bilirdik”, – Netanyahu əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr