AZ

"Rəqib yaxşı müdafiə olunur, bizə çox az boş ərazi verirdi" - "Əl-Hilal"ın qapıçısı

Klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda "Zaltsburq"la heç-heçə edən (0:0) "Əl-Hilal"ın qapıçısı Yassin Bunu oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"Rəqib çox yaxşı müdafiə olunur, bizə çox az boş ərazi verirdi. Oyun bizim üçün çətin alındı. "Zaltsburq"un müdafiəsini cinahlardan yarmağa və rəqibin cərimə meydançasına asmalar etməklə qol vurmağa çalışdıq. Hərçənd biz də müdafiə planında diqqətli futbol sərgilədik. Eləcə də yaxşı pressinq tətbiq etdik. Yekun nəticənin müsbət olduğunu düşünürəm".

Nihat 

Seçilən
8
1
fanat.az

2Mənbələr