AZ

"Liverpul"un hücumçusu bu klubla anlaşdı

"Liverpul"un hücumçusu Darvin Nunes karyerasını İtaliya A  Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Napoli" uruqvaylı futbolçunu transfer etmək üçün səy göstərir. Bu barədə insayder Fabritsio Romano məlumatt yayıb.

İtaliya çempionu Nuneslə şəxsi razılıq əldə edib. 25 yaşlı forvard "Napoli"də oynamağa hazırdır. Klublar anlaşsa, keçid yaxın günlərdə rəsmiləşə bilər.

Qeyd edək ki, "Liverpul" Darvin Nunesi 2022-ci ilin yayında "Benfika"dan transfer edib. Uruqvay millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
15
sportal.az

1Mənbələr