ABŞ Qətərdəki vətəndaşlarına İranın Amerika bazalarına qarşı mümkün cavab hücumu ehtimalı səbəbilə mövcud yerlərini tərk etməmələri barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Qətərdəki səfirliyinin internet saytında elan dərc olunub.
"Ehtiyat tədbiri olaraq, Amerika vətəndaşlarına növbəti xəbərdarlığa qədər olduqları yerdə qalmaları tövsiyə olunur", - elanda bildirilib.