ABŞ prezidenti Donald Tramp bir gün sonra NATO-nun Haaqa sammitində iştirak edəcək.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit "Fox News" telekanalına müsahibəsində bildirib.
"Sabah səhər prezident NATO-ya gedəcək", - deyə Levit qeyd edib.
Onun sözlərinə görə, sammitdə əsas müzakirə mövzularından biri NATO-ya üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırması olacaq.