AZ

Ranqnik: “Yaşlı oyunçulara xərc çəkmək mənasızdır”

Avstiya yığmasının baş məşqçisi Ralf Ranqnik yaşlı oyunçulara xeyli xərc çəkməyin mənasının olmadığı qənaətindədir.

Arena.az “Sport.es” dərgisinə istinadən, 66 yaşlı alman mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Mən klub sahibi və ya idman direktoru olsaydım, yalnız gənc oyunçularla müqavilə bağlayar və yalnız onlara qoyuluş edərdim. Çünki necə fırlatsan da, ancaq bu, məna kəsb edir. 28 və ya 30 yaşlı olan oyunçunun imzalanmasına 30, 40, 50 milyona avro məbləğində pul sərf etməyə dəyərmi? Əslində, yox.

Gəlin, hesablayaq. Mən 28-30 yaşı olan oyunçuya 5 illik müqavilə təklif edirəm. Siz keçidə 50 milyon avro məbləğində xərc çəkirsiniz, əlavə olaraq ildə orta hesabla 15 milyon avro məbləğ, beşə vurulmaqla. Bu, 65 milyon avro məbləğdir, üstəlik keçidə çəkilmiş 50 milyon avro məbləğində xərc – yekunda 115 milyon avro məbləğ, üstəgəl agent ödənişləri. Bütün əməliyyat təxminən 130 milyon avro məbləğə başa gələcək.

Bu, nəyə gərəkdir ki? Siz bu pulları geri qaytarmayacaqsınız. Bundan başqa, əgər sizin bəxtiniz gətirməsə, oyunçu, müqaviləsinin son bir-iki ilini gərəksiz ola bilər. Bu, elə, qoyuluş etməyə və ya kazinoya getməyə bənzəyir – 130 milyon avro məbləği ağ və ya qırmızıya qoymağa. Mən azacıq şişirtdiyimi bilirəm, amma siz mənim nə demək istədiyimi başa düşdünüz”, deyə Ranqnik vurğulayıb.

Seçilən
16
arena.az

1Mənbələr