Birləşmiş Ştatlar Yaxın Şərq ölkələrindən İsrailin münaqişəyə tezliklə son qoymağa çalışdığını İrana çatdırmağı xahiş edib. “The Wall Street Journal” qəzeti yazır ki, İsrail İrandakı hədəflərə zərbələr endirməyə davam edir, lakin eyni zamanda müharibəni dayandırmağa çalışır.
Ekspertlərin fikrincə, Tehran hazırda “təhlükəli seçim” qarşısındadır: ya müharibənin genişləndirilməsi riskini gözə alaraq ABŞ-ın hərbi bazalarına cavab zərbəsi endirmək, ya da mümkün güzəştlərlə nüvə danışıqlarına qayıtmaq.
İsrail hakimiyyəti İrandan danışıqlara razılıq verməsini və uranın zənginləşdirilməsini dayandırmasını gözləyir. Lakin Təl-Əviv Tehranın nüvə proqramı üzərində işlərini davam etdirəcəyi təqdirdə İrana yeni zərbələr endirməyə hazırdır.
ZÜMRÜD