ABŞ prezidenti Donald Trampın administrasiyası Hörmüz boğazındakı vəziyyəti diqqətlə izləyir və İrana tələsik addımlar atmaması barədə xəbərdarlıq edir.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit "X" sosial şəbəkəsində bildirib.
"Sizi əmin edə bilərəm ki, administrasiya Hörmüz boğazındakı vəziyyəti fəal və yaxından izləyir. İranın belə bir qərar qəbul etməsi axmaqlıq olardı", - o deyib.
Qeyd edək ki, bundan əvvəl İran ABŞ-ın Tehrandakı nüvə obyektlərinə zərbələr endirməsinə cavab olaraq Hörmüz boğazından tankerlərin daşınmasına mümkün qadağa haqqında danışıb. Daha sonra İran parlamenti boğazın bağlanmasına səs verib.