AZ

Aralıq dənizində zəlzələ olub

BAKI, TurkicWorld

Aralıq dənizində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Aralıq dənizi sahillərində 4,4 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Zəlzələ saat 15:37-də baş verib və yerin 8,99 kilometr dərinliyində qeydə alınıb. Hazırda zəlzələnin səbəb olduğu dağıntı və xəsarət haqqında hər hansı məlumat verilməyib.

Qeyd edək ki, bu bölgə seysmik fəallığı ilə tanınır və oxşar təkanlar mütəmadi olaraq baş verir.

Seçilən
6
turkic.world

1Mənbələr