Rusiyanın məşhur teatr və kino aktyoru Sergey Bukreev tamaşa zamanı dünyasını dəyişib. “İz” və “Kor” seriallarında rol alan sənətçi 56 yaşında ürək tutmasından dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə “Teatr.doc”-un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aktyor özünün ən yaxşı rollarından birini - Martin Makdonaqın "Cəlladlar" tamaşasında oynayıb. O özünü pis hiss edib, bayıra çıxıb və huşunu itirib.
Qeyd edək ki, həkimlər Bukreyevin həyatını xilas edə bilməyiblər.