ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
İsrailin Ben Qurion beynəlxalq hava limanı 23 iyun 2025-ci ildən etibarən beynəlxalq reyslərin qəbulunu və göndərilməsini bərpa edir.
Avtosfer.az xəbər verir ki, bu barədə İsrailin Turizm Nazirliyi TASS-a məlumat verib.
Bildirilib ki, limanda eyni vaxtda yalnız 1 500 nəfər "Terminal 3"də ola bilər. Hər reys üzrə maksimum 50 sərnişin qeydiyyata alına bilər.
Qeyd edək ki, 13 iyun tarixindən etibarən İsrailin hava məkanı İranın nüvə və raket obyektlərinə hücumları səbəbindən bağlanmışdı. Bu səbəbdən təxminən 40 min xarici turist ölkəni yalnız quru sərhədləri (Misir və İordaniya) və ya dəniz yolu ilə tərk edə bilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.