AZ

İranın Hörmüz planı: Boğazı minalaya, müasir texnologiyadan istifadə edərək...

Bu gün neftin qiyməti kifayət qədər aşağı düşüb, ona görə də beynəlxalq treyderlər İranın yaxın gələcəkdə Hörmüz boğazını tamamilə bağlayacağını gözləmirlər.

Publika.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Aleksey Zubets deyib.

Onun sözlərinə görə, İran Hörmüz boğazını tam bağlamayacaq. O, bunu Fars körfəzindən neftin əsas alıcılarının İrana sadiq olan Çin və Cənub-Şərqi Asiya ölkələri olması ilə izah edib.

"Bundan əlavə, Tehran bu yaxınlarda Səudiyyə Ərəbistanı, Qətər və digər körfəz ölkələri ilə normal münasibətlər qurub, ona görə də Hörmüz boğazının bağlanması İranın hədəfində olan ölkələrə zərbə vurmayacaq", - Zubets izah edib.

Ekspert boğazın bağlanmasının neftin qiymətində güclü sıçrayışa səbəb olacağına şübhə ilə yanaşır. Dünya üzrə neft daşımalarının beşdə biri Hörmüzdən keçsə də, Səudiyyə Ərəbistanı Qırmızı dəniz vasitəsilə neft nəql etmək imkanına malikdir və digər ölkələr hasilatı sürətlə artırıb qiymətləri tarazlaşdıra bilərlər.

Seçilən
6
publika.az

1Mənbələr