AZ

ABŞ İsrailin münaqişəyə son qoymaq niyyətini İrana çatdırıb

ABŞ Yaxın Şərq ölkələrindən İsrailin münaqişəyə tezliklə son qoymağa çalışdığını İrana çatdırmağı xahiş edib.

Herbiand.az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin yazdığına görə, İsrail İrandakı hədəflərə zərbələr endirməyə davam edir, lakin eyni zamanda müharibəni dayandırmağa çalışır.

Ekspertlərin fikrincə, Tehran hazırda “təhlükəli seçim” qarşısındadır: ya müharibənin genişləndirilməsi riskini gözə alaraq ABŞ-ın hərbi bazalarına cavab zərbəsi endirmək, ya da mümkün güzəştlərlə nüvə danışıqlarına qayıtmaq.

İsrail hakimiyyəti İrandan danışıqlara razılıq verməsini və uranın zənginləşdirilməsini dayandırmasını gözləyir. Lakin Təl-Əviv Tehranın nüvə proqramı üzərində işlərini davam etdirəcəyi təqdirdə İrana yeni zərbələr endirməyə hazırdır.

Seçilən
12
7
herbiand.az

10Mənbələr