AZ

Skuterin vurduğu aktrisa: Gəldi evimə, üzr istədi

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Skuterin vuran Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova xəstəxanadan evə buraxılıb.

Bu barədə Qaynarinfo-ya aktrisanın özü məlumat verib:

"Tam sağalmamışam, amma müalicəm evdə davam edir. Həkimlər deyir ki, bir müddət müalicə olunmalısan. Evdəyəm, işə çıxmıram".

"Sizi vuran skuterin sahibini məhkəməyə verəcəyinizi demişdiniz, son qərarınız necə olacaq" sualına aktrisanın cavabı belə olub:

"Gəldi evimə, üzr istədi. Dedi ki, bilmədən oldu, siz də mənim yoluma qəfil çıxmısınız. Bilə-bilə vurmayıb məni. Kim-kimi bilə-bilə vurar? Dedi "kasıb adamam, heç nəyə gücüm çatmır. İstəyirsən həbs etdir, olanım budur, indi qərar sizindir". Mən də bağışladım. Onsuz da olan olub. Sağ olun ki, mənimlə maraqlanırsınız".

Qeyd edək ki, iyunun 5-də Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanı skuter vurub. Aktrisa yol keçərkən skuterlə toqquşub və bir müddət Respublika Neyrocərrahiyə xəstəxanasına yerləşdirilib.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
qaynarinfo.az

2Mənbələr