Sfera.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Alimlərin fikrincə, insanlıq Yer kürəsindən yox olduqdan sonra planetimizin yeni “hakimləri” nə məməlilər, nə də quşlar olacaq. Gələcəyin ən güclü canlıları kimi dənizlərin dərinliklərində yaşayan osminoq göstərilir. Onların yüksək zəka və ətraf mühitə inanılmaz uyğunlaşma qabiliyyətləri bu iddianı təsdiqləyir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Oksford Universitetinin professoru Tim Coulson bu barədə maraqlı fikirlər irəli sürüb.
O bildirir ki, osminoqlar təkcə problemləri həll etmə bacarığına sahib deyillər, həm də alətlərdən istifadə edir və tamamilə təkbaşına yaşaya bilirlər. Məhz bu cəhətləri onlara sosial sistemlərə söykənən canlılara nisbətən üstünlük qazandıra bilər.
Alimlər həmçinin ehtimal edirlər ki, uzaq gələcəkdə osminoqlar quruya çıxaraq yeni həyat formaları yarada bilərlər. Bu gün üçün fantastik görünən ssenarilərə - şəhərlər inşa etmələri, digər canlıları ovlamaları və sivilizasiya qurmaq səviyyəsinə çatmaları - bir gün reallığa çevrilməsi mümkünsüz deyil.
Bəsti Rəfizadə
Sfera.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.