İspaniyanın “Malyorka” klubunun hücumameyilli yarımmüdafiəçisi Robert Navarro bundan sonra “Atletik”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Bilbao klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
İspaniyalı futbolçu azad agent kimi heyətə cəlb edilib. Onunla 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.
Robert Navarro “Osasuna” və “Barselona” klublarının akademiyasının yetirməsidir. O, peşəkar karyerası ərzində “Monako”nun gənclər komandasında, “Real Sosyedad” və “Kadis”də də çıxış edib.
Navarro 2024-cü ilin avqustundan formasını geyindiyi “Malyorka”nın heyətində 25 oyuna çıxıb, 1 qol vurub.
Robert İspaniyanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.