AZ

“Gecəyarısı çəkic” əməliyyatı zamanı rabitə əlaqəsi minimuma endirilib, səbəb...

 “Gecəyarısı çəkic” əməliyyatı çərçivəsində ABŞ-ın “B-2” bombardmançıları vasitəsilə İranın nüvə obyektlərinə endirdiyi zərbələrlə bağlı  bəzi nüanslar məlum olub.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, zərbələr İsrail tərəfindən bir neçə dəfə hücuma məruz qalan obyektlərə təkrarən endirilib. Nəşrin məlumatına görə, bu zərbələr İsrailin hücumlarından fərqli olaraq, “noktaut xarakterli zərbə”lər olub və nüvə obyektlərinə ciddi şəkildə ziyan vurub.

Bundan başqa,  məlum əməliyyatın de-şifrə edilməməsi üçün əməliyyata qatılan “B-2” bombardmançılarına rabitə əlaqəsindən minimum istifadə etmək tapşırılıb. Pentaqon  sözügedən əməliyyatı maksimum məxfi şəkildə reallaşdırmağa çalışıb və əməliyyatla bağlı bütün detallarda bu amil həlledici faktor kimi əsas götürülüb.

Seymur ƏLİYEV

Seçilən
3
moderator.az

1Mənbələr