İsrail ordusu İranın hava qüvvələrinə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu İranın qərbi, mərkəzi və şərqindəki 6 hava limanını vuraraq uçuş-enmə zolaqlarını, yeraltı anqarları, yanacaq dolduran təyyarələri, "F-14", "F-5" və "AH-1" təyyarələrini məhv edib.
İsrailin verdiyi açıqlamada məhv edilən təyyarələrin İsrail hava qüvvələrinə mane olmaq məqsədi daşıdığı qeyd olunub.