AZ

Yaponiyanın baş naziri NATO-nun sammitində iştirakdan imtina etdi - SƏBƏB

Yaponiyanın Baş naziri Siqeru İsiba Yaxın Şərqdə vəziyyətin pisləşməsi, o cümlədən Vaşinqtonun İrana zərbə endirməsi, həmçinin ABŞ Prezidenti Donald Trampın görüşdə iştirak etməməsi ehtimalı ilə əlaqədar NATO-nun Haaqa sammitindən imtina etmək niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NHK telekanalı məlumat verib.
 
Bundan əvvəl Cənubi Koreya Prezidenti Li Çje Myon da sammitdə iştirakdan imtina etmişdi. Onun administrasiyası bunu inaqurasiyadan sonra bir çox dövlət işləri ilə yanaşı, Yaxın Şərqdə vəziyyətin dəyişkən olması ilə izah edib.
 
Yaponiya hökuməti Baş nazir Siqeru İsibanın iyunun 24-dən 26-dək Haaqada keçiriləcək NATO sammitində iştirak etməyəcəyini rəsmən təsdiqləyib. Tədbirdə onun əvəzinə xarici işlər naziri Takesi İvaya iştirak edəcək.
Seçilən
6
moderator.az

1Mənbələr